İqtisadi böhran bu ölkəni qarışdırdı
Boliviyada uzun müddətdir davam edən iqtisadi çətinliklər hökumət əleyhinə etirazların genişlənməsinə səbəb olub.
ERAmedia xəbər verir ki, mədənçilər, həmkarlar ittifaqları və sosial təşkilatlar yanacaq təchizatındakı fasilələr, yüksək inflyasiya, dollar qıtlığı və artan həyat bahalılığına etiraz olaraq küçələrə çıxıblar.
Yerli mətbuatın məlumatına görə, inzibati paytaxt La Paz ətrafında toplaşan və hökumətin istefasını tələb edən etirazçılar yolları bağlayaraq polis qüvvələri ilə toqquşublar.
Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, etirazçılar isə cavab olaraq molotov kokteylləri və daşlar atıblar.
Etirazlar zamanı ərazidə olan çoxlu sayda avtomobil ciddi zərər görərək yararsız hala düşüb.
Vural









