İqtisadi Şuranın növbəti iclası olub
Oktyabrın 13-də İqtisadi Şuranın növbəti iclası keçirilib.
ERAmedia-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən neft emalı və neft-kimya infrastrukturunun modernləşdirilməsi, inkişaf perspektivləri və cari iqtisadi məsələlər yer alıb.
Gündəlikdə olan məsələlərlə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər və təkliflərini bildiriblər.
Sonra cari məsələlərlə bağlı Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev çıxış edib.
İclasın yekununda qərarlar qəbul olunaraq Azərbaycan İnvestisiya Holdinqinə, SOCAR-a və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.










