media-1743600572191508338467ed3bbc13af7

İran atəşkəs üzrə vasitəçilik təşəbbüslərini qəbul etmir və ABŞ ilə danışıqlara başlamaq üçün öz şərtlərini irəli sürür.

ERAmedia xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran atəşkəslə bağlı bütün vasitəçilik təşəbbüslərini rədd edir, çünki İran konkret şərtlərin və real təminatların verilməsini tələb edir.

Telekanalın bildirdiyinə görə, İran rəhbərliyi mövcud vasitəçi təkliflərini yetərli hesab etmir və daha aydın öhdəliklərin götürülməsində israr edir.

Xüsusilə, Tehran ABŞ-dən gələcəkdə hücum etməyəcəyinə dair təminat, kompensasiya ödənişi, həmçinin İranın atom enerji obyektlərində tam nüvə yanacaq dövriyyəsini həyata keçirmək hüququnun tanınmasını tələb edir.

Martın 10-da İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslam Respublikasının yeni ali rəhbəri Müctəba Xamneyi dövründə Tehran ilə Vaşinqton arasında danışıqlar məsələsinin yaxın vaxtlarda müzakirə olunması ehtimalı azdır.

Həmin gün İran xarici işlər nazirinin müavini Kazem Qərib Abadi qeyd edib ki, Rusiya, Çin və Fransa da daxil olmaqla bəzi ölkələr atəşkəslə bağlı Tehrana müraciət ediblər. O vurğulayıb ki, İran üçün atəşkəsin əsas şərti hücumların təkrar olunmayacağına dair zəmanətin verilməsidir.

Martın 9-da İran prezidenti Məsud Pezeşkian isə bildirib ki, qonşu ölkələrin əraziləri İrana qarşı hücumlar üçün istifadə olunmadığı təqdirdə Tehran gərginliyin azaldılmasına hazırdır.

Vural


media-adspc

Bənzər xəbərlər