media-1744459083_img_7022
media-bant_master

ABŞ və İran BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda nüvə danışıqlarının yenidən başlanması məsələsində mübahisə yaşayıb.

ERAmedia xəbər verir ki, ABŞ “sıfır uran zənginləşdirmə” şərti ilə birbaşa danışıqlara hazır olduğunu təkrar edərkən, İran Vaşinqtonun irəli sürdüyü tələbləri ədalətsiz hesab edərək rədd edib.

BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramını müzakirə etmək üçün keçirdiyi iclasda ABŞ və İran nümayəndələri arasında nüvə danışıqlarının yenidən başlanması mövzusunda fikir ayrılığı meydana gəlib. İclasda çıxış edən ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə müavini Morgan Ortaqus ABŞ-ın İranla birbaşa və məzmunlu dialoq üçün rəsmi görüşlərə açıq olduğunu bildirib. “Hər şeydən əvvəl, İran ərazisində uran zənginləşdirmə fəaliyyəti aparıla bilməz. Bu, bizim əsas prinsipimiz olaraq qalır”, – deyə o vurğulayıb.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə ABŞ-ın “sıfır zənginləşdirmə” siyasətində israr etməsinin ədalətli danışıqlar prinsipi ilə uyğun olmadığını vurğulayaraq deyib:

“Ədalətli və məzmunlu hər hansı bir danışıqları məmnuniyyətlə qarşılayırıq. Lakin sıfır zənginləşdirmə siyasətində israr, Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin (NPT) üzvü olan bir ölkə kimi hüquqlarımıza ziddir. Bu, qarşı tərəfin ədalətli danışıqlar aparmadığını göstərir”.

İrəvani əlavə edib ki, ABŞ öz tələblərini İrana diktə etməyə çalışır və İran heç bir təzyiq və hədəyə boyun əyməyəcək.

Vural


media-adspc

Bənzər xəbərlər