İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir - Məsud Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Cənubi Qafqazdakı sülh prosesinə toxunub.
ERAmedia xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. “İran sülh və sabitliyi dəstəkləyir. Biz hesab edirik ki, regionun və dünyanın gələcəyi əməkdaşlıq, etimad və qarşılıqlı inkişaf üzərində qurulmalıdır. Bu kontekstdə İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir”, – deyə dövlət başçısı bildirib.
O, həmçinin əlavə edib ki, Tehran Səudiyyə Ərəbistanı ilə Pakistan arasındakı müdafiə ittifaqını da alqışlayır.