İran müharibəsi bu tarixdə bitəcək?
İran Silahlı Qüvvələrinin Baş Komandanının köməkçisi və baş məsləhətçisi general Rəhim Səfəvi ABŞ və İsraillə davam edən münaqişənin uzun sürməyəcəyini düşünür.
ERAmedia xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
Generalın sözlərinə görə, müharibənin İranın Novruz bayramına qədər başa çatması ehtimalı var. Onun fikrincə, qarşı tərəf uzunmüddətli hərbi qarşıdurmanı davam etdirmək imkanına malik deyil.
“Düşünürəm ki, bu müharibə Novruz bayramına qədər bitəcək. Mənim fikrim budur ki, ABŞ və İsrail uzunmüddətli müharibəyə tab gətirə bilməzlər”, – deyə Rəhim Səfəvi bildirib.
Qeyd edək ki, Novruz bayramı İranda hər il martın 21-də qeyd olunur. Generalın açıqlaması regionda davam edən gərginlik fonunda səsləndirilib.
Vural









