İran niyə AzTV-ni düşmən media elan etdi? - VİDEO
AzTV-də yayımlanan “Həftə” analitik-informasiya verilişində Rövşən Məmmədov İranın Kəşfiyyat Nazirliyinin açıqladığı “İrana düşmən olan media qurumları” siyahısında Azərbaycan Televiziyasının da yer almasına münasibət bildirib.
ERAmedia xəbər verir ki, O qeyd edib ki, 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən İran mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası və informasiya hücumları aparıb. Bunun əksinə olaraq, Azərbaycan mediası bu gün İran ətrafında baş verən hadisələri yalnız xəbər prinsipləri çərçivəsində işıqlandırır, hər hansı dezinformasiya və informativ hücumlara yol vermir.
Rövşən Məmmədov bildirib ki, belə bir şəraitdə İranın Kəşfiyyat Nazirliyinin “İrana düşmən olan media qurumları” siyahısına AzTV-ni də daxil etməsi təəccüb doğurur. Onun sözlərinə görə, Azərbaycan Televiziyasının bu siyahıya hansı əsasla salındığı bəlli deyil.
O, həmçinin bildirib ki, bunun səbəbi 44 günlük Vətən müharibəsi dövründə və sonrakı illərdə İran mediasının Azərbaycan əleyhinə yaydığı dezinformasiyalara AzTV-nin faktlara əsaslanan cavabları ola bilər.
Rövşən Məmmədov vurğulayıb ki, 100 illik tarixə malik Azərbaycan Televiziyası informasiya cəbhəsində ölkəmizə qarşı yönələn bütün hücumlara indiyədək olduğu kimi, bundan sonra da qarşı tərəfin kimliyindən asılı olmayaraq cavab verməyə davam edəcək.
Daha ətraflı keçiddə:









