media-whatsapp-image-2026-07-15-at-09-41-18

İran şahının həyat yoldaşı Fərəh Pəhləvi 1972-ci ildə Bakıda olub.

ERAmedia xəbər verir ki, İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi 1972-ci ildə Bakıya səfəri zamanı şəhərdə məşhur Azərbaycan musiqili komediyası “Arşın mal alan” filminin valını axtarıb.

Həmin dövrdə baş tutan səfər çərçivəsində Fərəh Pəhləvi Bakının bir sıra tarixi və mədəni məkanlarını ziyarət edib. Bildirilir ki, o, Azərbaycan musiqisinə və mədəniyyətinə xüsusi maraq göstərərək Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” əsərinin valını əldə etmək istəyib.

Sosial şəbəkələrdə yayılan arxiv fotoşəkillərindən biri də Fərəh Pəhləvinin Bakıya səfəri zamanı çəkilib. Şəkil 1972-ci ildə onun paytaxtda keçirdiyi görüşlərdən birini əks etdirir.


media-adspc

Bənzər xəbərlər