media-protests-in-iran

Yanvar ayından bu yana İranla bağlı xəbərlərdə diqqətiçi çəkən detal ölkəyə böyük miqadarda silah daşınmasıdır. Bu, hələ yalnız yavardan bu yana ələ keçən silah və sursatdır.

ERAmedia xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib.

O qeyd edib ki, İranda müxtəlif istiqamətlərdən çoxlu sayda əsasən yüngül silahlar (tapança və avtomatlar, partlayıcılar) ələ keçir.

“İndi bunun həm də ələ keçməyən və yanvara qədər olan hissəsini də nəzərə alsaq demək ki, söhbət minlərlə, hətta onminlərlə silah və sursatdan gedə bilər.

Görünür ki, İranda növbəti dəfə iğtişaşlar planlaşdırılır. Monarxistlər, kürd, bəluc, ərəb etnik qruplarını silahlandırıb (etniklərdə onsuz da silah çox idi) İranda xaos yaratmaq”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, bu prosesin qarşısını almaq üçün İranın bir yolu var ki, kəskin addımlara getmək, hərbi rejim tətbiq etmək və cəzaları sərtləşdirmək.

“Ancaq bunu da etsə, İran daha da özünə qapanacaq və bu dəfə insan haqları ilə bağlı daha sərt tənqidlər alacaq. Hardan baxsan hiyləgər plandır.

Bu arada “La Figaro” qəzeti İranda Həsən Ruhani və Cavad Zərəfin də daxil olduğu qrupun çevriliş cəhdi etdiyi, ancaq cəhdin qarşısının alındığı, bir sıra islahatçıların da buna görə həbs olunduğu haqda yazı yazıb. İddia edilir ki, Əli Laricani dəstək vermədiyi üçün plan uğursuz olub.

Bu yazının neçə faizinin doğru olduğunu demək çətindir, amma yerli medianın “islahatçı” liderlər haqda yazı və ittihamları ortada hansısa hərəkətin olduğunu deməyə əsas verir. Güman edirəm ki, baş verənlər İranda gözlənildiyi kimi, hərbi rejimi daha da sərtləşməsinə səbəb olacaq, ordunun dövlət üzərində nəzarəti artacaq”, – deyə jurnalist bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər