media-1767009589

İranda iqtisadi çətinliklər fonunda başlayan etiraz aksiyaları zamanı həlak olanların sayı 38 nəfərə yüksəlib.

ERAmedia xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İranda İnsan Haqları Agentliyi (HRANA) məlumat yayıb.

Məlumata görə, ölkənin 31 vilayətində keçirilən aksiyalar zamanı 34 etirazçı və təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həyatını itirib.

Bildirilir ki, etirazlar ümumilikdə ölkə üzrə 348 nöqtədə baş verib. Onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb, daha 2217 nəfər isə saxlanılıb.

Qeyd olunur ki, xəsarətlərin əksəriyyəti plastik güllələrin dəyilməsi nəticəsində baş verib.

İran hakimiyyəti etirazlar zamanı ölən və yaralananların sayı ilə bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, HRANA bir gün əvvəl 36 nəfərin həlak olduğu və 2076 nəfərin saxlanıldığı barədə məlumat vermişdi.

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-də Tehranın əsas bazarında milli valyutanın kəskin ucuzlaşması və iqtisadi problemlər fonunda başlayıb. Aksiyalar daha sonra ölkənin bir çox şəhərinə yayılıb.

“Tesnim” informasiya agentliyinin məlumatına görə, etirazlar zamanı 568 polis əməkdaşı və “Basic” qüvvələrinin 66 üzvü xəsarət alıb.

ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, əgər “İran dinc nümayişçilərə atəş açmağa və onları öldürməyə başlasa”, ABŞ köməyə gələcək.

Yanvarın 5-də isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) etiraz aksiyalarının iştirakçılarına qarşı heç bir güzəşt göstərilməyəcəyini açıqlayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər