İranda iğtişaşlar: Mağaza anbarları qarət edildi, düyü küçələrə səpildi - VİDEO
İranın İlam əyalətinin Abdanan şəhərində iğtişaşlar zamanı bir qrup şəxs mağaza anbarlarını qarət edib.
ERAmedia xəbər verir ki, hadisə zamanı düyü kisələrinin cırılaraq ətrafa səpələndiyi bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. İranlı jurnalist Fereşte Sadeqi olaylara münasibət bildirərək iddia edib ki, iğtişaşçılar dolanışıq problemlərindən deyil, ölkənin Liviya, Suriya və ya İraq kimi xaosa sürüklənməsini istədikləri üçün hərəkət edirlər.
Rəsmi qurumlar hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-də Tehranın əsas bazarında milli valyutanın kəskin ucuzlaşması və iqtisadi problemlər fonunda başlayıb. Aksiyalar daha sonra ölkənin bir çox şəhərinə yayılıb.
Vural










