media-2026-04-01-11-31-4151fm6vcpm3xrsxuwknvw_file

ABŞ və İsrailin İrana qarşı 41 günlük hərbi hava hücumları nəticəsində İranda ölənlərin sayı 3 min nəfərdən çox olub.

ERAmedia-nın məlumatına görə, bunu İranın Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscedi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hava hücumlarında istifadə olunan hərbi vasitələrə görə, ölənlərin təxminən 40%-i tanınmaz halda olub.

Məscedi bildirib ki, Tibbi Ekspertiza Təşkilatı öz imkanları ilə ölənləri müəyyənləşdirib və ailələrinə təhvil verib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.


media-adspc

Bənzər xəbərlər