İranda Sepah qərargahına hücum olub
İranın Kürdüstan əyalətinin Sərvabad şəhərinin Maanand rayonunda İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qərargahına əks-inqilabçı qüvvələr tərəfindən hücum nəticəsində iki qvardiyaçı ölüb, bir neçə hərbçi yaralanıb.
ERAmedia Reporta istinadən xəbər verir ki, bu barədə Sepahın əyalətdəki “Beyt əl-Məqdis” korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.
“Kürd terrorçuları tərəfindən Sarvaabadda Sepahın bir neçə üzvü ölüb, yaralanıb”, – İdarənin yaydığı başsağlığında vurğulanıb.
Yerli mütəxəssislərin bildirdiyinə əsasən, PKK terror qruplaşmasının İraqda məskunlaşan “PJAK”, “Komilə”, “Kürdüstan Demokrat Partiyası” silahlılarının İranın İraqla sərhəd bölgələrində hərbçilərə, sərhədçilərə, polis əməkdaşlarına belə hücumları tez-tez olur.