İranda “Starlink” pulsuz oldu
“SpaceX” şirkətinin rəhbəri İlon Mask ölkədə bir neçə gündür davam edən internet kəsintilərinə cavab olaraq, İranda “Starlink” peyk əlaqəsini pulsuz edib.
ERAmedia xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, “Holistic Resilience” adlı amerikalı təşkilatın icraçı direktoru Əhməd Əhmədian bildirib ki, “SpaceX” şirkəti İranda “Starlink” üçün abunə haqqını ləğv edib, buna görə də ölkədə cihaz sahibləri xidmətdən pulsuz istifadə edə bilirlər.
İnternet monitorinqi xidməti “NetBlocks”un məlumatına görə, bu, İranda etirazlar dövründə ilk dəfə ölkə üzrə tam internet kəsintisinin baş verdiyi dövrdür.









