media-1765861017_1765853390521362_flxeirjo

ABŞ və İran arasında gərginlik kəskin şəkildə artmaqda davam edir və qarşılıqlı addımlar regionu yeni münaqişə riski ilə üz-üzə qoyur.

ERAmedia xəbər verir ki, yarımrəsmi “Tasnim” xəbər agentliyinin yaydığı məlumata görə, İran Silahlı Qüvvələri ABŞ-a məxsus bəzi hərbi gəmilərə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Bildirilir ki, hücum ABŞ qüvvələrinin İran bayrağı altında üzən “Touska” adlı yük gəmisinə atəş açaraq müdaxilə etməsindən sonra baş verib. ABŞ tərəfinin gəminin mühərrik bölməsini hədəf alaraq onu dayandırdığı və nəzarətə götürdüyü qeyd olunur.

Vaşinqton administrasiyası gəminin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq dayanmadığını iddia edir. İran tərəfi isə bu müdaxiləni “qanunsuz” adlandıraraq cavab tədbirləri görəcəyi ilə hədələyib.

İran mediası və bölgədəki mənbələr bildirir ki, Tehran yalnız PUA hücumları ilə kifayətlənməyib, həmçinin ABŞ-ın bəzi hərbi obyektlərini də hədəfə alıb. Daha əvvəl də İranın ABŞ bazalarına və gəmilərinə raket və füze zərbələri endirdiyi iddiaları gündəmə gəlmişdi.

Ekspertlər baş verənləri nəzarətli eskalasiya strategiyasının bir hissəsi kimi qiymətləndirirlər.

ABŞ prezidenti Donald Tramp açıqlamasında müdaxiləni təsdiqləyərək bildirib ki, “İranlı heyət xəbərdarlıqlara məhəl qoymadı. Buna görə donanmamız gəminin mühərrik bölməsində deşik açaraq onu dayandırdı. Hazırda gəmi ABŞ Dəniz Piyadələrinin nəzarəti altındadır”.

Son həftələrdə ABŞ-ın İrana məxsus hərbi hədəflərə qarşı əməliyyatları artırdığı, İranın isə buna PUA və raket hücumları ilə cavab verdiyi qeyd olunur.

Mütəxəssislərin fikrincə, Hörmüz boğazı və ətrafında baş verən hadisələr qlobal enerji bazarları və beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır. Tərəflər arasında birbaşa toqquşma ehtimalının artması beynəlxalq ictimaiyyətdə narahatlığı gücləndirir.

Vural


media-adspc

Bənzər xəbərlər