media-us_iran_flags

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın ziddiyyətli mövqelərinin diplomatik prosesi dalana dirədiyini bildirərək, vasitəçilər vasitəsilə çatdırılan mövqelərində qırmızı xətlərdən qətiyyən geri çəkilməyəcəklərini vurğulayıb.

ERAmedia xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında bildirib ki, “Amerikalılar İranın təzyiq altında razılaşmaya getdiyi təəssüratı yaratmağa çalışırlar”. “Halbuki biz qırmızı xətlərimizdən heç bir halda geri çəkilməyəcəyik”, – deyə o əlavə edib.

Əgər İran təzyiq və təhdidlər qarşısında prinsipial mövqeyindən imtina edəcəkdisə, bunu bir il əvvəl etmiş olardı.

ABŞ-ın İrana qarşı qanunsuz addımları səbəbindən diplomatik proses də mənfi təsirə məruz qalıb.

Vasitəçilər fəal şəkildə işləyirlər və biz mövqelərimizi onlara çox aydın şəkildə çatdırmışıq.

Razılaşma mətninin böyük hissəsi artıq tamamlanıb. Lakin problem ABŞ-ın ziddiyyətli mövqelərinin prosesə mane olmasıdır”.

Vural


media-adspc

Bənzər xəbərlər