İrandan ABŞ-a XƏBƏRDARLIQ - Yeni zərbələr endirilə bilər
İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi bəyan edib ki, Tehrana qarşı yeni hərbi təcavüz ABŞ üçün fəlakətli nəticələr doğura bilər.
ERAmedia xəbər verir ki, onun sözlərinə görə, İran xalqı ABŞ-ın “supergüc” statusuna Fars körfəzi və Oman dənizində son qoyub. Rzayi həmçinin bildirib ki, mümkün qarşıdurma zamanı çox sayda ABŞ hərbçisi əsir götürülə bilər.
İran rəsmisi hesab edir ki, ABŞ üçün ən az itki ilə çıxış yolu Tehranın vəziyyətin tənzimlənməsi üçün irəli sürdüyü on şərti qəbul etməkdir.
Müşavir eyni zamanda ali lider Müctəba Xamneyinin səhhəti ilə bağlı yayılan iddiaları təkzib edib. O, Xamneyini “gənc, sağlam və enerjili lider” kimi xarakterizə edərək, ölkəni müdrik şəkildə idarə etdiyini vurğulayıb.
Rzayi əlavə edib ki, öldürülmüş liderə görə qisas məsələsi qüvvədə qalır və bu, yalnız İsrail məhv edildikdən sonra həyata keçiriləcək.
Digər tərəfdən, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani də ABŞ-ın mümkün hərbi addımlarına sürətli cavab veriləcəyini bildirib. Onun sözlərinə görə, əgər ABŞ bir addım da irəliləsə, İran dərhal operativ tədbirlər görəcək.
O qeyd edib ki, Vaşinqtonun İranı qısa müddətdə məğlub edəcəyi ilə bağlı əvvəlki təsəvvürləri artıq hərbi akademiyalarda zarafat mövzusuna çevrilib.
Vural









