İrandan atəşkəs AÇIQLAMASI: "ABŞ və İsrail diz çökdü"
İran atəşkəslə bağlı 10 maddəlik təklifin detalları ilə çıxış edərək, “ABŞ və İsrailin diz çökdüyünü” bəyan edib.
ERAmedia xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “İrandan 10 maddəlik təklif almışıq və bunun danışıqlar üçün tətbiq oluna bilən əsas olduğuna inanırıq” açıqlamasından sonra maddələrin detalları məlum olub.
İran bildirib ki, Hörmüz boğazı üzərindən keçidlər silahlı qüvvələrin nəzarətində olacaq. Açıqlamada həmçinin İrana qarşı bütün birincili və ikincili sanksiyaların ləğvi ilə bağlı razılaşma əldə olunduğu qeyd edilib.
Bununla yanaşı, ABŞ-ın İrana təzminat ödəməsi və ABŞ-ın döyüş qüvvələrinin regiondan çıxarılması məsələlərində də razılıq əldə edildiyi vurğulanıb.
Açıqlamada, o cümlədən “Hizbullah”a qarşı əməliyyatlar da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasının razılaşmanın əsas bəndlərindən biri olduğu bildirilib.
İran Təhlükəsizlik Şurasının məlumatına görə, Donald Trampın qəbul etdiyi 10 maddə bunlardır:
1.Qarşılıqlı hücum etməmək öhdəliyi;
2.Hörmüz boğazı üzərində İranın nəzarətinin davam etməsi;
3.Uranın zənginləşdirilməsinin qəbul edilməsi;
4.Bütün əsas sanksiyaların ləğvi;
5.Bütün ikincil sanksiyaların ləğvi;
6.BMT Təhlükəsizlik Şurasının bütün qərarlarının dayandırılması;
7.Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) İdarə Heyətinin bütün qərarlarının ləğvi;
8.İrana təzminat ödənilməsi;
9.ABŞ-ın döyüş qüvvələrinin regiondan çıxarılması;
10.Livanda “Hizbullah” da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması.
Vural









