media-image_940x_69b58972e29a4

İran beynəlxalq ictimaiyyətə ünvanladığı açıqlamalarda ritorikanın tonunu yüksəldib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ölkəsinə qarşı hücumlar fonunda dünya artıq susmamalıdır.

ERAmedia xəbər verir ki, sosial şəbəkə hesabında paylaşdığı mesajda Bəqayi yalnız dövlətlərə deyil, sülh, ədalət və insan ləyaqəti kimi universal dəyərlərə bağlı olan bütün insanlara müraciət edib. O qeyd edib ki, baş verənlər adi qarşıdurma kimi qiymətləndirilə bilməz.

İran XİN sözçüsü ABŞ və İsrailin ölkəsinə qarşı hücumlarını pisləyərək beynəlxalq ictimaiyyəti İranın yanında olmağa çağırıb.

“ABŞ və İsrail İranla diplomatik danışıqlar aparıldığı bir vaxtda, bir ildən də az müddətdə ikinci dəfə – 28 fevral 2026-cı ildə ölkəmizə qarşı təcavüzkar müharibəyə başlayıb. Bu, sadəcə torpaq, resurs və ya geosiyasi maraqlar uğrunda savaş deyil. Bu, dövrümüzdə və gələcəkdə ‘yaxşı’ ilə ‘pis’in anlayışını müəyyən edəcək bir mübarizədir”, – deyə o bildirib.

Bəqayi vurğulayıb ki, İranın cəlb olunduğu proses adi müharibə deyil:

“Bir tərəfdə bütün müharibə qanunlarını və insan ləyaqətini pozmaqdan zövq alanlar, əyləncə naminə qətllər törədənlər, ailələrə əzab vermək üçün uşaqları öldürənlər, yalnız dağıdıcı güclərini sınamaq üçün qadın idman zallarına raket atanlar dayanır. Digər tərəfdə isə günahsız insanların həyatını qorumaq üçün böyük səylər göstərənlər var”.

İran rəsmisi başlanan hücumları “vəhşiliyə bəhanə uyduran peşəkar yalançılarla, vətənini və insan ləyaqətini yalnız öz gücü və qətiyyəti ilə müdafiə edən qürurlu xalq arasında savaş” kimi xarakterizə edib.

Onun sözlərinə görə, bu qarşıdurma insanlığın gələcəyi üçün həlledici mübarizədir:

“Bu savaş insan hüquqları, qanunun aliliyi və əsas əxlaqi dəyərlərin yaşayıb-yaşamayacağını müəyyən edəcək”.

Bəqayi insanlığın seçim qarşısında qaldığını qeyd edib:

“Zülm, yalan və mənimsəmə yolu ilə hökm sürən, məsuliyyət daşımayan güclərin idarə etdiyi bir dünyanı qəbul edəcəyikmi? Yoxsa hörmət, ədalət, sülh və insan ləyaqətinə əsaslanan dünyanı müdafiə edəcəyik?”

O əlavə edib ki, belə məqamlarda susmaq “şərə şəriklik etmək” deməkdir:

“Əgər barbarlıq və hökmranlıq yolunu rədd edirsinizsə, dünya qanunsuzluq və əsarət uçurumuna sürüklənməzdən əvvəl danışmaq, hərəkətə keçmək və tarixin doğru tərəfində dayanmaq üçün mənəvi cəsarət göstərin. Seçim sizindir. Tarix baş verənləri xatırlayacaq”.

Vural


media-adspc

Bənzər xəbərlər