İrandan gələn yük avtomobilində külli miqdarda narkotik aşkarlandı – Gömrükdən məlumat
Astara Gömrük İdarəsinin əməkdaşları növbəti dəfə uğurlu əməliyyat keçirib – külli miqdarda marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.
ERAmedia xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
“Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yenə də “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı dörd ədəd paletdəki yeşiklərdən üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 76 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 70 kiloqram 410 qram narkotik vasitə – marixuana aşkar edilib.