İrandan Hörmüz boğazı AÇIQLAMASI - Diqqətçəkən MESAJ
İran dünyanın ən kritik enerji keçid nöqtələrindən biri olan Hörmüz boğazı ilə bağlı diqqətçəkən yeni mesaj verib.
ERAmedia xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü Rza Telayi Nik boğaz üzərində nəzarətin gələcəkdə də İranın və regionun əlində qalacağını bildirib və bu məsələdə heç bir geri addım atılmayacağını vurğulayıb.
Bu açıqlama son dövrlərdə Hörmüz boğazı ətrafında artan hərbi və siyasi gərginlik fonunda verilib. İranın istifadə etdiyi dil boğaz məsələsinə təkcə təhlükəsizlik yox, həm də suverenlik mövzusu kimi yanaşdığını göstərir.
İran mətbuatının məlumatına görə, Telayi Nik Hörmüz boğazı ilə bağlı çıxışında “Hörmüz Boğazının nəzarəti sonsuza qədər İranın və regionun əlində qalacaq” deyib.
O, həmçinin ABŞ və İsrailin İrandakı sistemi devirmək üçün göstərdiyi cəhdlərin uğursuzluğa düçar olduğunu və bunun İranı daha güclü və dayanıqlı etdiyini iddia edib. Telayi Nik “Bu müharibə zamanı düşmənin ən inkişaf etmiş təyyarələri zərər görüb və məhv edilib” ifadəsini işlədib.
Vural









