media-20260217_214922-900x506

ABŞ-İsrail müharibəsinin şiddətlə davam etdiyi bir vaxtda İran Səudiyyə Ərəbistanında ABŞ-a məxsus hərbi hədəfi vurduğunu açıqlayıb.

ERAmedia-nın məlumatına görə, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı Mecid Musəvi “X” sosial şəbəkə platforması üzərindən verdiyi açıqlamada bildirib ki, ABŞ-a qarşı həyata keçirilən cavab zərbələri çərçivəsində Səudiyyə Ərəbistanında yerləşən hərbi obyekt hədəfə alınıb.

“Bu gün Səudiyyə Ərəbistanında ABŞ pilotları və uçuş heyətinin yerləşdiyi bölgəyə hücum təşkil etdik”, – deyə Musəvi qeyd edib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirilən hücum nəticəsində 200 nəfərlik heyət zərər görüb.

General əlavə edib ki, bu hücumdan sonra ABŞ-ın itkilər siyahısına yalnız “AWACS” təyyarələri, yanacaq tankerleri və yanacaq anbarları deyil, həm də uçuş heyətinə aid itkilər daxil edilib.

Musəvi çıxışında itkilərin artdığını vurğulayıb.

Vural


media-adspc

Bənzər xəbərlər