media-649433884_1598315438083687_1635475153379360706_n

İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı – Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.

ERAmedia xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.

Bildirilib ki, onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər.

Qeyd edilib ki, hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar.

Fotoda: Amid Murtuzov


media-adspc

Bənzər xəbərlər