İranın yeni paytaxtı - MƏKRAN bölgəsi, yoxsa BƏNDƏR-ABBAS şəhəri?
İranda anomal quraqlıq hökm sürür. Ölkənin iri şəhərlərini təmin edən su anbarlarının 5 faizi doludur. Məsələn, paytaxt Tehrandan sonra ikinci ən böyük şəhər olan Məşhədi təmin edən anbarlarında yalnız 3 faizi və ya daha az su qalıb. Vəziyyət çox kirtikdir, hətta Prezident Məsud Pezeşkian bildirib ki, qışın başlamasına qədər yağış yağmasa, paytaxtı köçürmək məcburiyyətində qalacaqlar.
ERAmedia xarici meriaya istinadən xəbər verir ki, ekspertlər su böhranını həm iqlim dəyişiklikləri, həm də hökumətin səhvləri ilə əlaqələndirir.
Hökm sürən anomal quraqlıq fonunda İranın paytaxtının köçürülməsi gündəmdədir. Prezident Pezeşkiana görə, yeni paytaxt ölkənin cənub-şərqində, Məkran bölgəsində tikiləcək. Bura da qumlu, isti və quru ərazidir. Amma ekspertlərə görə, Məkran dənizə yaxın olduğundan su təchizatı duzdan təmizləmə texnologiyası ilə təmin oluna bilər. İran Prezidenti oktyabrın 4-də bu kontekstdə Bəndər-Abbas şəhərinin adını çəkmişdi.
Polad Poladlı









