media-photo_5361792427817113833_w

Hərbi analitiklər və OSINT (açıq mənbə kəşfiyyatı) ekspertləri İsfahan üzərində kosmosdan müşahidə edilən güclü partlayışların dəqiq koordinatlarını müəyyən etdiklərini bildirirlər. Onların təqdim etdiyi məlumatlara görə, sözügedən nöqtələr İranın ən gizli və möhkəmləndirilmiş yeraltı hərbi komplekslərindən birinə işarə edir.

ERAmedia xəbər verir ki, müşahidəçilərin açıqladığı koordinatlar İsfahanın cənub-qərbində yerləşən dağlıq ərazini göstərir. Təhlillərə əsasən, bu zonada bir neçə strateji obyekt mövcuddur:

Sursat bunkerləri və anbarları: 32.58898, 51.60330

Yeraltı tunel girişi: 32°31’38.6″N 51°36’47.7″E

Ekspertlər qeyd edir ki, bu nöqtə şəhərin cənub-qərb kənarında, Zayəndərud çayı yaxınlığındakı dağlıq silsilədə yerləşir.

Məlumatlara görə, sözügedən ərazi uzun illərdir SEPAH tərəfindən idarə olunan strateji raket arsenalının saxlanıldığı məkan kimi tanınır. Hərbi mənbələr buranı yüksək səviyyədə qorunan və qabaqcıl kəşfiyyat peykləri tərəfindən daim izlənilən “qırmızı zona” adlandırır.

Analitiklər hesab edir ki, bu cür koordinatların ictimaiyyətə açıqlanması regionda hərbi gərginliyin artması fonunda diqqətlə izlənilməlidir.

Vural


media-adspc

Bənzər xəbərlər