İranlı millət vəkili qadınlara bu hüququn verilməsinə qarşı çıxdı
İran parlamentində qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi məsələsi müzakirə olunub.
ERAmedia-nın məlumatına görə, parlamentin üzvü Məhəmmədtəqi Nəqdəli plenar iclasda çıxış edərək bildirib ki, mövcud qanunvericilik qadınlara motosiklet idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsini nəzərdə tutmur.
Onun sözlərinə görə, yol hərəkəti haqqında qanunda yalnız kişilər üçün motosiklet sürücülük vəsiqəsinin verilməsi qeyd olunub və bu sahədə qadınlara aid qaydaların hazırlanması qanuna ziddir.
Millət vəkili vurğulayıb ki, əgər hökumətin bu mövzuda hər hansı təşəbbüsü varsa, məsələ qanun layihəsi formasında parlamentə təqdim edilməlidir. Yalnız millət vəkillərinin razılığı alındıqdan sonra bu dəyişiklik qanuni qüvvə qazana bilər.
Nəqdəli əlavə edib ki, məsələni müsbət və ya mənfi tərəfdən qiymətləndirməkdən asılı olmayaraq, qanuna zidd qaydaların təsdiqlənməsi, elan edilməsi və hətta vətəndaşlara SMS vasitəsilə bildirilməsi düzgün yanaşma deyil. Onun fikrincə, bu cür addımlar mütləq parlamentin müvafiq komitələri tərəfindən araşdırılmalıdır.
Vüsalə









