media-irak-koalisyon1

İraqın yeni baş naziri Əli Falih Kazım əz-Zeydi olacaq.

ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlunun açıqlamasına görə, “Koordinasiya Çərçivəsi”nə daxil olan partiyalar bu ad üzərində razılığa gəliblər.

Məlumata əsasən, hazırkı baş nazir Məhəmməd Şia əs-Sudaniyə qarşı həm ictimai, həm də partiya daxilində ciddi narazılıqlar olub, Nuri əl-Maliki isə ABŞ tərəfindən dəstəklənməyib. Bu səbəbdən siyasi tərəflər tamamilə yeni bir namizəd üzərində dayanmağa qərar veriblər.

40 yaşlı Əli Falih Kazım əz-Zeydi biznes sektoru ilə tanınır. Onun holdinq, bank, universitet və supermarket şəbəkəsinə sahib olduğu bildirilir. Hüquq və biznes təhsilli olan əz-Zeydi İraqın cənubundan olan varlı ailənin nümayəndəsidir.

Məlumata görə, o, son 20 ildə İraqda siyasi və ya silahlı keçmişi olmayan ilk baş nazir kimi diqqət çəkir. Bu isə ölkədə yeni siyasi dövrün başlanğıcı kimi dəyərləndirilir.

Bununla belə, yeni namizədin ABŞ-la münasibətlərinin də problemsiz olmadığı bildirilir. Onun rəhbərlik etdiyi əl-Cənub Bankının ABŞ hökumətinin tələbi ilə İraq Mərkəzi Bankı tərəfindən sanksiyaya məruz qaldığı və hazırda bununla bağlı araşdırma aparıldığı qeyd olunur.

Vural


media-adspc

Bənzər xəbərlər