media-17777406051367220654_1200x630

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın mayın 4-də İrəvan şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirakı regionda siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, bu iştirak doğru qərar kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Türkiyə indiyədək Avropa Siyasi Birliyinin bütün toplantılarında təmsil olunub və bu ənənənin davam etdirilməsi Ankaranın regional siyasətində ardıcıllığın göstəricisidir.

Ekspert qeyd edib ki, Türkiyənin İrəvandakı toplantıya qatılması Ankaranın Cənubi Qafqazda sülh quruculuğu prosesinə verdiyi dəstəyin açıq ifadəsidir. O vurğulayıb ki, Türkiyə Ermənistanla bağlı siyasətini hər zaman Azərbaycanla koordinasiya edir və bu xətt dəyişməz olaraq qalır.

Elxan Şahinoğlunun fikrincə, əgər Ermənistan bu sammitə qədər Konstitusiyasında dəyişiklik edərək sülh müqaviləsinin imzalanmasına hüquqi maneələri aradan qaldırsaydı, Azərbaycan və Türkiyə tədbirdə daha yüksək – prezident səviyyəsində təmsil oluna bilərdilər. Bununla belə, o, Azərbaycanın da İrəvandakı toplantıda müəyyən səviyyədə iştirak ehtimalını istisna etməyib.

Siyasi şərhçi əlavə edib ki, gələn il Avropa Siyasi Birliyinin sammitinin Bakıda keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ümid etmək olar ki, həmin vaxta qədər Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq və iki ölkə arasında qarşılıqlı rəsmi səfərlər adi hal alacaq.

Vural


media-adspc

Bənzər xəbərlər