media-8e812947-55ff-42f7-ba99-97b7c0146fb5

“Cənubi Qafqazda sülh gündəliyinin formalaşdığı bir vaxtda, bəzi beynəlxalq mərkəzlər regionu yenidən gərginlik poliqonuna çevirməyə cəhd edir. İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı ərəfəsində Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə məhz bu ssenarinin tərkib hissəsi idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev bu “diplomatik pusqu”nu darmadağın etdi. İrəvanda fiziki olaraq iştirak etməmək, lakin videobağlantı vasitəsilə sammitin mərkəzi fiquruna çevrilmək həm siyasi qətiyyətin, həm də strateji üstünlüyün nümayişi oldu”.

Bu fikiləri ERAmedia-ya ölkə gündəmindən bəhs edən açıqlamasında siyasi şərhçi Araz Xan deyib. Onun sözlərinə görə: “Sammitdə ən maraqlı və bəlkə də az müzakirə olunan məqamlardan biri Azərbaycanın Ermənistana 12 min ton neft məhsulları ixrac etməsi və 28 min ton yükün Azərbaycan ərazisindən Ermənistana tranzitini təmin etməsi barədə açıqlama oldu. Bu faktlar göstərir ki, sülh artıq sadəcə kağız üzərində deyil, real iqtisadi dövriyyədədir və Ermənistanın iqtisadi nəfəsliyi məhz Azərbaycandan keçir”.

İlham Əliyevin Avropa Parlamenti ilə əməkdaşlığı dondurduğunu birbaşa İrəvan platformasında bəyan etməsi xüsusi əhəmiyyət kəsb edir. O, bu qurumun son 5 ildə qəbul etdiyi 14 qərəzli qətnaməni xatırladaraq, onları sülh prosesini sabotaj etməkdə ittiham etdi. Bu, manipulyasiya imkanlarını sıfıra endirdi.

Prezident İlham Əliyevin İrəvan sammitindəki çıxışı sülh düşmənlərinə qarşı intellektual və diplomatik bir hücum idi. Azərbaycan lideri sübut etdi ki, separatizmə son qoymuş və suverenliyini bərpa etmiş bir dövlət artıq şantaj dili ilə danışılacaq tərəf deyil. Sülh artıq bir reallıqdır və bu prosesə mane olmaq istəyənlər artıq gecikdiklərini İrəvanın özündə anladılar deyə siyasi şərhçi əlavə edib.

Mələk ONUR


media-adspc

Bənzər xəbərlər