media-media-16-v4h2wr

2026-cı il mayın 4-də İrəvanda Avropa Siyasi Birliyinin əsas devizi “Gələcəyin Qarşılanması: Avropada Birlik və Sabitlik” olan 8-ci sammiti baş tutdu.

Zirvə toplantısı qitədə baş verən geopolitik dəyişikliklər fonunda demokratik müqavimətin gücləndirilməsi, infrastrukturların birləşdirilməsi, həmçinin, iqtisadi və enerji təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin müzakirəsini nəzərdə tutur.

Bu barədə ERAmedia-ya danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov hesab edir ki, Sammitdə liderlər Avropanın ümumi strukturuna təsir edəcək strateji istiqamətlərə fokuslanacaqlar.

Zirvənin yalnız Avropa üçün diplomatik ünsiyyət deyil, həm də qitə daxilində birgə təhlükəsizlik və iqtisadi proqramların koordinasiyası baxımından əhəmiyyət daşıdığını vurğulayan ekspert hesab edir ki, Qitənin enerji asılılığının azaldılması və infrastruktur əlaqələrinin gücləndirilməsi kimi məsələlər təkcə Avropanın deyil, geniş coğrafiyada gələcək iqtisadi dayaqlarından biridir: “Kanadanın Baş naziri Mark Karni kimi Avropa ölkəsi olmayan qonağın iştirakı sammiti daha universal bir siyasi forum kimi təsvir edir. Kanadanın iştirakı Avropanın transatlantik əlaqələrə verdiyi prioritetin simvoludur”.

Təşkiatın Cənubi Qafqazın timsalında dünyaya anons etdiyi məsələlərin seçkiqabağı Ermənistanda keçirilməsini “Paşinyana dəstək tədbiri” kimi təqdim etməyə çalışan müxalifət favoritləri belə, 2020-ci il müharibəsinin “nəticələrinə əl gəzdirmək” vədlərinin reallıqdan uzaq olduğunu qəbul etməkdədir. Ermənistanın 2-ci prezidenti Robert Koçaryanın Rusiyanın Federal kanallarından birinə müsahibəsindən sitat gətirən Firuz Novruzov onun sözlərinin “Bəlkə də qaytardılar” ümidi ilə “vurulmuşlar” və “üfüqdəki yeni qırğılar”a xərc qoyan qüvvələrə o reallığı çatdırmaqdır: “Biz seçicilərimizə keçmiş haqqında yox, bugünkü reallıq çərçivəsində vədlər veririk”.

“Bu günün reallığını isə regionda yaranan status-kvo diktə edir”- deyə, ekspert gələcəyə nikbin baxış üçün ciddi əsaslar olduğunu qeyd edir.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər