media-ads-728x90
media-1749133060_1718105544_dovletimtahan29444_1714402203
media-ads-728x90

Avqustun 13-də elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 9 dövlət orqanında mövcud olan 18 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Bu barədə ERAmedia – ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 29 namizədlə 30 müsahibənin keçirilməsi planlaşdırılır.Müsahibələrin sentyabrın 8-dən oktyabrın 2-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı Mərkəzin saytından əldə edə bilərlər. Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.


media-ads-728x90

Bənzər xəbərlər