İsfahanda dövlət televiziyası yandırıldı - VİDEO
İranda baş verən etirazlar zamanı İsfahan şəhərində İranın dövlət televiziyasına məxsus bina yandırılıb.
ERAmedia xəbər verir ki, hadisənin görüntüləri BBC tərəfindən yayımlanıb və videolarda binadan qalxan tüstü və alovlar aydın görünür.
Rəsmi mənbələr hələ yanğının səbəbi və hər hansı xəsarət alanların olub‑olmadığı barədə açıqlama verməyib.
Bildirilir ki, yanğın ölkədə davam edən hökumət əleyhinə nümayişləretirazlar fonunda baş verib.
Vüsalə










