media-videoedited
media-17592411845684859290_1200x630
media-shehidler_olmez_baner_full

“Böyük Qayıdış”  olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

ERAmedia -ya bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu dəfə Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim olunub. Aktivlərin təqdim edilməsi tədbirində iştirak edən Dövlət Məşğulluq Agentliyinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri proqram iştirakçıları ilə görüşüblər. Onların yeni qurduqları təsərrüfatlarla bağlı gələcək planlarına dair fikir mübadiləsi aparılıb.

Verilmiş aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, kiçik foto atelye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

“Böyük Qayıdış” Proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları qurulan şəxslərin sayı artıq 460-a çatıb.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər