media-tia_d2f43cb3e5243130330cac83924c1a1f_6tqb9rmi241nw5up3ogy
media-bant_master

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.

ERAmedia xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə İ. Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


media-adspc

Bənzər xəbərlər