media-cenaze-videolari-paylasmaq-gunahdir

İslamda dəfn qaydaları, qəbir daşlarının istifadəsi və tabutla dəfn məsələləri barədə ilahiyyatçı Tural İrfan tərəfindən açıqlama verilib.

ERAmedia xəbər verir ki, ilahiyyatçı mövzu ilə bağlı bildirib ki, İslamda əsas prinsip ölünün torpağa dəfn edilməsi və cəsədin təbii şəkildə torpağa qarışmasıdır.

Onun sözlərinə görə, ölülərə təmtəraqlı qəbir daşlarının qoyulması və tabutda dəfn geniş torpaq ərazisinin uzunmüddətli istifadəsinə mənfi təsir göstərir və bir müddətdən sonra həmin ərazilərin yenidən istifadəsini çətinləşdirir.

Tural İrfan qeyd edib ki, İslamda qəbir daşları yalnız nişangah xarakteri daşımalıdır və əsas dəfn üsulu torpağa tapşırılmaqdır. Lakin bəzi istisna hallarda, məsələn, qumlu və tez aşınan ərazilərdə, su basma riski olan yerlərdə və ya yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə tabutdan istifadə edilə bilər.

İlahiyyatçı bildirib ki, bu kimi hallarda tabutda və ya kəfəndən fərqli parçaya bükülərək dəfn etmək haram sayılmır, lakin ümumi sünnət və ənənə baxımından məkruh hesab olunur.

Onun sözlərinə görə, İslam qaydalarına əsasən dəfn zamanı ölünün sağ çiyni üzərinə qoyulması və qibləyə yönləndirilməsi vacibdir. Dəfn prosesində insanlar arasında sosial və maddi fərqlər nəzərə alınmır.

Tural İrfan əlavə edib ki, adi halda ipək və bahalı parçalardan istifadə edilməməli, hər kəs üçün sadə ağ kəfən seçilməlidir. Onun sözlərinə görə, dünyada status, vəzifə və var-dövlət fərqləri ölüm sonrası əhəmiyyətini itirir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər