media-17844987054723547011_1200x630

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.

ERAmedia xəbər verir ki, mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə Arəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.

Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.


media-adspc

Bənzər xəbərlər