İsrail baş naziri ABŞ-a gedir: İran mövzusu gündəmdədir
Fevralın 11-də İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona gedib Trampla görüşəcək. Mövzu İran, yəni İranla ABŞ arasında nüvə danışıqları və İrana qarşı ABŞ-ın hərbi əməliyyatları olacaq.
ERAmedia xəbər verir ki, bunu araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib.
Qeyd edək ki, bu, Trampın prezident kimi fəaliyyətə başladığı 1 il 20 gün ərzində 4 ya da 5-ci görüş olacaq ki, Netanyahu ABŞ-a gedir.
K.Rövşənoğlu bildirib ki, ümumiyyətlə, bu sıxlıqda ABŞ prezidentləri ilə görüş təcrübəsi indiyə qədər olmayıb.
“Çox güman ki, Netanyahu İrana hücum etməsi üçün Trampa təsir etməyə çalışacaq.
ABŞ prezidenti isə İranla mühairbə etməmək üçün hələlik nə mümkündürsə edir. Məsqət görüşü ilə bağlı dərhal dedi ki, görüş yaxşı keçib, sülh üçün ümid var. Yeri gəlmişkən, İran prezidenti Məsud Pezeşkiyan da oxşar sözü deyib.
Ancaq indi Trampın İranla mühairbə etməsini istəyən böyük bir “ordu” var və onlar Trampı İranla müharibəyə sürükləmək üçün nə lazımdırsa edirlər”, – deyə o vurğulayıb.
Jurnalist bildirib ki, içəridəki respublikaçı və demokrat siyasətçilər Trampın İran “bataqlığına” düşməsi və orda “batması” üçün müharibəni istəyirlər:
“Avropa ölkələri isə Qrenlandiyadan imtina və Avropaya möhtac olacağını bildikıəri üçün İranla müharibə etməsi üçün Trampa aşkar və dolayı yolla təsir edirlər. Tez-tələsik Sepahı terror təşkilatı kimi tanıdılar və dərhal da dedilər ki, İrana qarşı müharibə üçün ABŞ-a (Trampa) hər cür dəstəyi verməyə hazırdırlar. Amma əslində bilirlər ki, İranla mühairbə ABŞ-ın başını orda qatacaq. Üstəlik Avropa liderlərinə mğhtac olacaq.
Çin və Rusiya da müəyyən mənada Trampın İrana hücumunda maraqlıdır. Belə görünür ki, Çin İranın ABŞ üçün ikinci Vyetnam olacağını düşünür və buna görə də İrana silah dəstəyi verir.
İsrail isə həqiqətən də İranın vurulub zəiflədilməsini istəyir. Ancaq özü iştirak etmədən. Çünki Netanyahu anlayrı ki, iranlılar artıq İsraili necə və harda vurmağı bilirlər. İran raketləri isə ABŞ-a çatmasa da, İsrailə çatır. Amma Netanyahu İranın vurulub zəiflədilməsi, hətta mümkün olarsa vətəndaş müharibəsi, separatizmin baş qaldırmasına, nəticədə İranın zəifləməsini istəyir. Və bunu Trampın əli ilə etməyə çalışır. Tramp isə bunu bildiyi üçün manevr edir, yayınmağa çalışır, müqavimət göstərir”.
K.Rövşənoğlu vurğulayıb ki, Trampın İrana hücum əmri Netanyahunun Vaşintona aparacğı “qovluqdan” asılı olacaq:
“Lakin hər bir halda hətta qərar verilsə belə, ABŞ-ın İrana qarşı zərbələri kenvensional müharibə olmayacaq, nüvə, hərbi, siyasi və təhlükəsizlik qüvvələri (etirazçılara divan tutanların cəzalandırılması adı ilə) hədəfə alına bilər”.
Vural










