İsrail ordusunda İran həyəcanı – Hazırlıqlara başlanıldı
İsrail mətbuatı İsrail ordusunun İranın müttəfiqlərindən gələ biləcək ehtimal olunan hücumlara qarşı hazırlıq gördüyünü iddia edib.
ERAmedia xəbər verir ki, “Maariv” qəzetinin yazdığına görə, İranla əlaqəli gərginliklərin artması fonunda İsrail ordusunun son günlər hazırladığı ssenarilərdə biri Tehranın müttəfiq qüvvələrinin İsrailə mümkün hücumu ilə bağlıdır.
Xəbərdə bu ssenarinin xüsusilə İsrailin şərq sərhədlərindən silahlı sızma şəklində həyata keçəcəyi qeyd olunur.
Qəzet İsrail təhlükəsizlik qurumlarındakı mənbələrinə istinadla bildirib ki, Yəməndəki Husi üsyançıları ilə İraq və Suriyada İran tərəfdarı milislərin İsrailin şərq sərhədlərinə hücum etmək üçün İordaniya ərazilərini çıxış nöqtəsi kimi istifadə edə biləcəyi qiymətləndirilir.
İordaniya rəsmilərindən İsrail mətbuatında yer alan bu xəbərə dair hələlik rəsmi açıqlama verilməyib.
İsrail ordusu dünən Fələstin torpaqlarında yerləşən Baran yaşayış məntəqəsi yaxınlığında İsrail sərhədinə doğru qaçan 10-a yaxın silahlı şəxsi aşkar etdiyini bildirmişdi.
İsrail mətbuatında yayılan xəbərlərdə isə gərginliyin təxminən bir saat sürdüyü, sonradan bunun silahlı sızma cəhdi olmadığı ortaya çıxdığı qeyd olunub.
Xəbərdə İsrail ordusunun İordaniya tərəfi ilə sərhədə yaxınlaşan şəxsləri aşkar etməsi üzündən ən yüksək səviyyədə alarma keçdiyi, həmin şəxslərin qanunsuz sərhəd keçənlər ola biləcəyi ehtimalını dəyərləndirilərək dərhal İordaniya ordusu tərəfindən izlənildiyi vurğulanıb.
Vural










