İsrail səbəbindən beş ölkə "Avroviziya"nı boykot edib - BBC
İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya İsrailin müsabiqəyə qatılması səbəbindən ölkələrindən iştirakçı göndərməmək qərarından sonra “Avroviziya-2026” mahnı müsabiqəsinin milli televiziyada yayımlanmasından imtina ediblər.
ERAmedia xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Qeyd olunub ki, ölkələrin yarışmadan çıxmasının müxtəlif səbəbləri olsa da, hamısı İsraillə əlaqəlidir. Dövlətlər İsraili Qəzza zolağında müharibə cinayətlərində ittiham ediblər, telekanallar isə hesab edir ki, yəhudi dövlətinin iştirakı digər iştirakçılarla müqayisədə ədalətsiz şərait yaradır.










