İsrail səfirliyinin Suverenlik Günü münasibətilə PAYLAŞIMI
İsrailin Azərbaycandakı səfirliyi ölkəmizi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
ERAmedia xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“İsrail dövlətinin səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir! Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək diləyirik!”, – deyə paylaşımda qeyd olunub.










