media-videoedited
media-68cda615802ce68cda615802cf175830786168cda615802cc68cda615802cd
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

İstanbul boğazının Üsküdar hissəsində sərnişin bərəsi ilə yük gəmisi toqquşub.

ERAmedia xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb. İstanbul Valiliyinin yaydığı məlumata görə, Üsküdarın Salacak sahillərində sərnişin bərəsi ilə toqquşan Panama bayraqlı quru yük gəmisi olub. Toqquşma nəticəsində bərədə olan sərnişinlərdən bəzilərinin yaralandığı bildirilir.

Qəzaya məruz qalan gəmilər Boğazın hərəkət zolağından çıxarılıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə yerinə Sahil Mühafizəsi və Sahil Təhlükəsizliyi qrupları cəlb edilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər