media-1765220688-3063-large
media-bant_master

Amerika korporasiyası Google ağıllı eynəklərin satışa çıxarıldığını bəyan edib.

ERAmedia xəbər verir ki, bu barədə məlumat şirkətin veb saytında yayılıb.

Google 2026-cı ildə satışa çıxarılacaq süni intellekt (Sİ) ilə təchiz olunmuş iki cüt ağıllı eynək hazırlayır. Bu, şirkətin ağıllı eynək bazarına daxil olmaq üçün son cəhdidir. İlk Google Glass modeli 2013-cü ildə buraxılıb, lakin istehlak bazarında populyarlıq qazana bilməyib.

Birinci model Gemini neyron şəbəkəsi ilə inteqrasiya olunacaq. Cihaz istifadəçiyə bildirişlər verəcək, nitqi və mətni real vaxt rejimində tərcümə edəcək və obyektləri tanıyacaq daxili kameralar və mikrofonlara malik olacaq.

Cihazda bütün əlavə məlumatlar smartfonun və ya ağıllı saatın ekranından əldə edilə biləcək.

İkinci model eyni Sİ funksiyalarını dəstəkləyəcək, həmçinin bir və ya hər iki göz üçün daxili ekrana malik olacaq. Displey, eynəklərə faydalı məlumatları genişləndirilmiş reallıq rejimində göstərməyə imkan verəcək.

Google onu da qeyd edib ki, Samsung, Warby Parker və Gentle Monster ilə əməkdaşlıq çərçivəsində yeni cihazlar hazırlayır. Şirkət nümayəndələri eynəklərin şık və rahatlığına əmindirlər.

Yeni cihazların qiyməti açıqlanmayıb.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər