İtaliya mətbuatı: “Qarabağ” güclü və mübarizə əzmilə oynayan komandadır…
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyanın “Napoli” komandası ilə üz-üzə gələcək.
ERAmedia xəbər verir ki, İtalyanın idman saytları görüşün çətin və maraqlı keçəcəyi haqqında xəbərlər dərc etməkdə davam edir. Yazı müəllifləri qarşılaşmada Kadi Borgesin oynamayacağını əsas gətirərək oyunun onlar üçün elə də çətin olmayacağını düşünürlər. Ancaq onu da qeyd edirlər ki, “Qarabağ” güclü və mübarizə əzmilə oynayan komandadır…”
Qeyd edək ki, “Stadio Diego Armando Maradona” stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.
“Qarabağ” Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.









