media-videoedited
media-17592434373288915_1200x630
media-shehidler_olmez_baner_full

Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

ERAmedia  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi. İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi.

Azərbaycan və İtaliya prezidentləri rəsmi foto çəkdirdilər.

 

 

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər