media-1783075433-17830743074111041852_1200x630

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Dəyanət Salik oğlu Musayevin nəşinin qalıqları bu gün doğulduğu Ucar rayonunun Boyat kəndində ailəsinə təhvil verilib.

“Unikal” xəbər verir ki, kənddə keçirilən vida mərasimində şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib.

Vida mərasimindən sonra şəhid Dəyanət Musayevin qalıqları doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

 


media-adspc

Bənzər xəbərlər