IX "Muğam" Televiziya Müsabiqəsi yekunlaşır - FİNAL LAÇINDA OLACAQ
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin finalı Laçında keçiriləcək.
ERAmedia-nın əldə etdiyi məlumata görə, müsabiqənin finalı 25 avqust saat 15:00-dan etibarən AzTV və Mədəniyyət telekanalının canlı efirində yayımlanacaq. Eyni zamanda, tamaşaçılar müsabiqənin gedişini Azərbaycan Televiziyasının sosial media hesablarında da izləyə bilərlər.