media-538835653_1120243056910300_1796463958273828863_n
media-bant_master

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçın şəhərində keçirilib.

ERAmedia  xəbər verir ki,vLaçında keçirilən IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinə yekun vurulub. Finalda gənc xanəndələr və azyaşlı ifaçılar çıxış ediblər. Münsiflər heyətinin qərarı ilə yeniyetmələr arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə Kənan Tağızadə, gənclər arasında isə birinci yerə Aytac Bəybalayeva, ikinci yerə Nərmin Mirzəyeva, üçüncü yerə isə Rəis Niftəliyev layiq görülüblər. Qaliblərə Heydər Əliyev Fondunun mükafatları təqdim olunub.

 

 


media-adspc

Bənzər xəbərlər