media-media-media-16-v4h2wr-huyz2v

media-nikol-pashinyan-robert-kocharyan-and-samvel-karapetyan_20260515-125014-800x400

Ermənistanda 7 iyun 2026-cı il parlament seçkilərinin bu ölkənin həyatında ən gərgin siyasi hadisə kimi qalacağı şübhəsizdir.

Bu fikirləri ERAmedia-ya danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov səsləndirir.

Builki kampaniyanı dövlət müstəqilliyinin bərpasından indiyəcən ölkədə keçirilən prezident və parlament seçkilərindən kəskin fərqləndirən alternativ qüvvələr arasındakı antaqonist ziddiyyətlərin olduğunu deyən ekspert, siyasi qüvvələrin intriqasının geosiyasi parçalanma və görünməmiş xarici təzyiqlər fonunda baş verdiyini bildirir:  “Qələbənin son miqyası hakimiyyətin koalisiyasız sabit əksəriyyət formalaşdırmaqdan keçir”.

Yerli ekspertlərin seçkiləri ölkənin geosiyasi kursu və milli təhlükəsizlik məsələləri üzrə bir növ referenduma çevrildiyi faktının həqiqətdən uzaq olmadığını deyən ekspert, bunun forsmajor hadisə olmadığını qeyd etməklə, hakim “Mülki Müqavilə” partiyasının yürütdüyü son beşillik siyasətlə əlaqələndirir: “Ermənistandakı revanşist qüvvələrin və birmənalı olaraq həmin qüvvələrin yanında dayanan Erməni Apostol Kilsəsinin “vətənpərvərliyi” fonunda Paşinyan iqtidarını “torpağı satmaqda”, Avropaya inteqrasiya nəticəsində Rusiya ilə iqtisadi, ticari əlaqələrin minimuma endirilməsi müqabilində “əhalinin daha ağır şəraitlə üzləşəcəyində” ittiham etməklə öz elektoratını genişləndirməyə çalışırlar”.

Belə situasiyada Paşinyanın kampaniyası üç narrativ üzərində qurulub: “biz sülhün tərəfdarıyıq, müxalifət isə müharibənin”, “biz Avropanın tərəfdarıyıq, qalanları Rusiyanın”, “biz demokratlarıq, müxalifət isə oliqarxlar”.

Son səkkiz ildə bu texnologiya ilə sabit elektoratı effektiv şəkildə səfərbər edən hazırkı iqtidarın “erməni xalqının tarixi düşməni olan” Türkiyə və Azərbaycanla yüksələn xətlə inkişaf edən dayanıqlı sülh istiqamətində ilkin nəticələrin əldə olunması, Avropa İttifaqına üzvlük məsələsinin yaxın vaxtlarda reallaşacağını fakta çevirən siyasi vəziyyət, dünya liderlərinin Paşinyanı birmənalı dəstəkləməsi (ABŞ prezidenti Donald Trampın şəxsində), Brüsselin Gürcüstanın siyasi dönüşü fonunda Ermənistanı regionda əsas tərəfdaş kimi görməsi və digər amillər fonunda hakim “Vətəndaş Müqaviləsi”nin qələbəsini şərtləndirən vacib detallar olduğunu xatırladan Firuz Novruzov dünyanın etimad göstərdiyi nüfuzlu qurumların apardığı rəy sorğularının nəticələrinin də bunu dediyini vurğulayır: ““Breavis” şirkətinin sorğusu (2026-cı il mayın sonu) Paşinyanın partiyasının səsvermədə iştirak edəcəyini dəqiqləşdirən seçicilər arasında 65%-ə qədər səs qazanacağını proqnozlaşdırdığı halda, müxalifət partiyalarının heç biri (ruspərəst bloklar daxil olmaqla) 12%-lik baryeri keçə bilmir.“Gallup International Association”ın sorğusunda isə (may 2026) rəyi soruşulanların ümumi sayından (hələ qərar verməyənlər bölüşdürülməmişdən əvvəl) təxminən 28,8%-lik baza reytinqi ilə “Mülki Müqavilə”nin liderliyini təsdiqləyir. İkinci yeri Robert Köçəryanın “Ermənistan” bloku və “Güclü Ermənistan” partiyası bölüşür, lakin onların reytinqləri 3–11% civarında dəyişir”.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər