media-17635719854860544893_1200x630
media-bant_master

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

ERAmedia xəbər verir ki, 57 kiloqram çəkidə çıxış edən idmançı finalda türkiyəli Elvira Süleymanı 6:2 hesabı ilə üstələyərək Oyunların qalibi olub. Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) ikinci yeri tutublar.


media-adspc

Bənzər xəbərlər