media-6zioofsdrzu9bmzcwwiolk8t97bjameh8zuvu0jk_825
media-bant_master

Avropa Yayım Birliyi (EBU) və Gürcüstan Dövlət Yayımçısı (GPB) 23-cü “Junior Eurovision” Mahnı Müsabiqəsində iştirak edəcək 18 ölkəni təsdiqləyib.

Bu barədə İctimai Televiziyadan məlumat verilib.

Bildirilib ki, iştirakçı ölkələr Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukraynadır.

Müsabiqə 13 dekabr 2025-ci ildə Tbilisidə keçiriləcək. Azərbaycanı bu yarışmada  Yağmur Nəsrullayeva təmsil edəcək.


media-adspc

Bənzər xəbərlər